Şərtlər və qaydalar

Bu Şərtlər və Qaydalar www.7gul.az saytının istifadə qaydalarını müəyyənləşdirir. Səhifəyə daxil olmaqla, bu Şərtlər və Qaydaları tam olaraq  qəbul etmiş olursunuz. Bu səhifədə əks olunan istifadə qaydalarından imtina etsəniz, səhifənin istifadəsini həmən dayandırın.

 

Ödəmə Qaydaları

Qəbul Olunan Ödəniş Metodları

Debit/Credit Card (Visa, MasterCard).

 

Topladığımız Məlumatlar

www.7gul.az saytına daxil olub onlayn ödəniş sistemindən istifadə etmək üçün Sizdən özünüz haqqında müəyyən məlumatları təqdim etmək xahiş olunacaq. Məsələn: ad və soyad, doğum tarixi, həmçinin əlaqə və maliyyə detalları.  Kredit Kart Ödənişləri Onlayn formaları doldurandan sonra kredit kartınızdan ödəniş alınacaq və e-poçt vasitəsilə ödəniş qəbzi Sizə göndəriləcək. Ödəniş PaşaBank tərəfindən işlənəcək və satınalma fakturasına daxil olunacaq.

 

 Bizim Məzmuna Hiperistinadlanma

Veb-səhifəmizə istinadən aşağıda sadalanan maddələr mütləq şəkildə nəzərə alınmalıdır: (a) istinad bizim və ya akkreditə olunmuş müəssisələrə mənfi təsir göstərməyəcəkdir (məsələn, ev şəraitində iş imkanları və şübhəli iş növlərini təmsil edən təşkilatlar, ticarət birlikləri və ya digər bu kimi təşkilatların əlaqələndirilməsinə icazə verilməyəcəkdir); (b) təşkilat və “7 GÜL” arasında heç bir xoşagəlməz hadisə baş verməmişdir; (c) hiperistinadın ümumi faydası onun heç yoxluğundan daha üstündür; (d) ümumi resursun məlumatlar kontekstində və yaxud təşkilatın missiyasına dəstək ola biləcək bülleten və ya oxşar məhsulda redaksiya məzmunu ilə uyğun gəlir.

 

iFrames

Öncədən təsdiq və yazılı icazəmiz olmadan veb-səhifəmizin ətrafında “iframes” yaratmaq və ya veb-saytımızın vizual təqdimatını ya görünüşünü dəyişdirən digər üsulları istifadə etmək qadağandır.

 

 Hüquqların Qorunması

Biz, öz mülahizəmizə əsasən istənilən vaxt bütün istinadları və ya veb-saytımıza aid hər hansı bir istinadı silmək hüququnu özümüzdə saxlayırıq.Tələb olunsa, veb-səhifəmizə olan bütün istinadları dərhal silinməsinə razılıq verirsiniz. Həmçinin, Şərtlər və Qaydalar və istinadlanma siyasətini dəyişmək hüququnu da özümüzdə saxlayırıq. Veb-saytımıza istinadlanmağı davam etdikdə, bu əlaqələndirici şərtlərə əməl etməyi qəbul etmiş olursunuz.

 

Çatdırılma

Sifarişlər hər gün alıcı tərəfindən göstərilən ünvana çatdırılır. Çatdırılma, “7 GÜL” tərəfindən satın alınan malların zamanında alıcıya təslim edilməsini təmin etmək üçün maksimum səylə təmin olunur. Saat 22:00-dan sonra yerləşdirilən sifarişlər növbəti təqvim günü ərzində çatdırılır. Bizim kuryerlərimiz və ya logistika tərəfdaşlarımız sifarişinizi seçdiyiniz ünvana çatdıracaqlar.

 

Geri Qaytarma və dəyişmə qaydaları

Müştəri sifarişində dəyişikliklər və ya əlavələr etmək istədiyi halda, məhsulun göstərilən ünvana çatdırılması üçün nəzərdə tutulmuş vaxtdan 3 saat əvvəl müvafiq müraciətlə bizimlə əlaqə saxlamalıdır. Sifarişə dəyişikliklər və ya əlavələr etmək üçün yuxarıda göstərilən vaxtdan daha az müddətdə (malların çatdırılmasına 3 saatdan az qalmış müddətdə) müraciət edildiyi halda,sifarişə heç bir dəyişiklik edilmir və ödənişin geri qaytarılması mümkünsüz sayılır. Müştəri Sifarişin çatdırılma vaxtındam 3 saatdan az müddətdə Sifarişi dəyişdirmək üçün müraciət edərsə (Sifarişin çatdırılma tarixi,saatı və ya Sifarişin tərkibini dəyişərsə), bu yeni bir sifariş hesab ediləcək və yeni sifarişin 100% məbləği müştəri tərəfindən ödəniləcək. Sifarişin yerinə yetirilməsinə 8 saat qalmış Müştəri Sifarişdən imtina edərsə, Şirkət Sifariş üçün ödəniş məbləğini Müştəriyə qaytarır. Müştəri sifarişin icrasına 8 saatdan az vaxt qalmış Sifarişdən imtina edərsə, Şirkət güllər üçün çəkilən xərcləri çıxmaqla Sifariş üçün ödəniş məbləğini Müştəriyə qaytarır. Məhsulun geri qaytarılması prosesinin rəsmiləşdirilməs,yalnız yuxarıda göstərilən şərtlər daxilində Bakı şəhəri, Puşkin küçəsi, 10,  7GÜL ünvanına həyata keçirilir. Müştəri malların çatdırılması üçün natamam məlumatlar göstərərsə, ünvanı düzgün qeyd etməzsə və ya sifariş çatdırılacaq şəxs çatdırılma vaxtında qeyd olunmuş ünvanda olmazsa, ünvanın yenidən dəqiqləşdirilməsi səyləri də daxil olmaqla çatdırılmanın düzgün yerinə yetirilmısi üçün hər cür səy göstərməyi öhdəmizə götürürük. Lakin bu səylərə baxmayaraq, bu bəndin yuxarı hissəsində göstərilən, müştəridən qaynaqlanan səbəblərdən çatdırılma uğursuz alınarsa və ya məhsul çatdırılacaq şəxs (hər hansı bir səbəbdən) çatdırılan məhsulu qəbul etməkdən imtina edərsə, sifariş “7 GÜL” tərəfindən tamamlanmış sayılır və məhsul üçün ödənilmiş məbləğ geri qaytarılmır. Bu halda müştəri, sifarişin çatdırılması üçün nəzərdə tutulmuş vaxtan etibarən 24 saat ərzində Bakı şəhəri, Puşkin küçəsi, 10, "7 GÜL" ünvanına yaxınlaşaraq sifariş etdiyi məhsulu əldə etmək hüququna malikdir. Müştəri çatdırılan məhsuldan narazı qalarsa(çiçəklərin keyfiyyətindən və ya çiçəkçinin işindən razı deyilsə), məhsulun şəkilləri, sifariş nömrəsi və narazılıq səbəbləri qeyd olunan ərizə ilə info@7gul.az poçt ünvanına müraciət edir. Gül məhsullarının xüsusi saxlama şəraiti və baxım tələb etdiyini nəzərə alaraq yalnız çatdırılmadan sonra 3 saat ərzində göndərilmiş şikayət ərizələri tərəfimizdən etibarlı sayılacaq və 24 saat ərzində iddianız nəzərdən keçirilərək sizinlə əlaqə saxlanılacaq. Alıcının pul vəsaitlərinin qaytarılması ilə bağlı tələblərinin qarşılanması yalnız https://www.7gul.az internet-mağazasının rəhbərliyi tərəfindən ərizəyə baxıldıqdan və onun əsaslı olmasının təsdiq edilməsindən sonra həyata keçirilir. Pul vəsaitlərinin qaytarılması və ya qaytarılmaması barədə qərar https://www.7gul.az internet-mağazasının rəhbərliyi tərəfindən birtərəfli qaydada qəbul edilir. Şikayət ərizənizlə bağlı müsbət qərar qəbul edildikdən sonra pul vəsaitinin geri qaytarılması 3-15 iş günü ərzində həyata keçirilir. Çiçəklərdən yığılmış məhsul hazırlandıqdan sonra başqa ölçüdə, formada, üslubda, rəngdə və ya konfiqurasiyada digər məhsullarla dəyişdirilməyən və geri qaytarıla bilməyən məhsullar siyahısına aid olur.

 

 Məxfilik Siyasəti

Bu Məxfilik Siyasəti, veb-saytımızda yerləşdirilən Şərtlər və Qaydalar ilə birlikdə, Veb-saytın istifadənizlə bağlı ümumi qaydalar və şərtlər qoyur. Veb-saytımızı ziyarət edərkən fəaliyyətlərinizdən asılı olaraq, əlavə şərtlər ilə razılaşmanız tələb oluna bilər.

 

 Səhifənin Ziyarətçiləri

Veb-səhifələrin əksəriyyəti kimi, “7 GÜL” ziyarətçilərin brauzer tipini, dil seçimlərini, müraciət tarixini, və şəxsiyyətini müəyyən etməyən məlumatları toplayır. “7 GÜL”-ün məlumatların toplanmasında məqsədi ziyarətçilərinin veb- saytından necə istifadə etdiyini daha yaxşı anlamaqdır.

 

 Google AdWords

www.7gul.az Google daxil olmaqla, reklam üçün remarketinq xidmətlərindən istifadə edir. Bu, Google axtarış nəticələri səhifəsindəki bir reklam və ya Google Monitorinq Şəbəkəsinin bir saytın şəklində öz əksini tapa bilər. Google daxil olmaqla, üçüncü tərəf təchizatçıları birinin keçmiş ziyarətlərinin əsasında reklam nümayişi üçün kukilərindən istifadə edirlər. Toplanan hər hansı bir məlumat, öz məxfilik siyasətimiz və Google məxfilik siyasətinə uyğun olaraq istifadə olunacaq.

 

 Kukilər

Online təcrübənizi zənginləşdirmək və mükəmməlləşdirmək üçün www.7gul.az veb-səhifəsi kukilərdən istifadə edir, bu texnologiya özəl məzmunu və müvafiq reklamı göstərmək, brauzerinizdə seçimlərinizi saxlmağa kömək edir. www.7gul.az veb-səhifəsində yerləşdirilən kukilərdən istifadə etmək istəməyən ziyarətçilər,saytımızdan istifadə etməzdən öncə brauzerlərində kukilərdən imtina etməlidirlər, kukilərdən imtina edərkən saytın müəyyən xüsusiyyətlərinin düzgün işləməyəcəyini nəzərə almalısınız.