Pul Vəsaitlərinin Qaytarılması

  • Alıcı malları http://www.7gul.az internet-mağazasında nağd və ya nağdsız qaydada ödəyir.

     
  • Nağdsız ödəmə forması zamanı http://www.7gul.az internet-mağazası yalnız 100% (yüz faiz) ödənişin http://www.7gul.az internet-mağazasının (ödənişin qəbulu üzrə operator) bank hesabına daxil olmasından sonra malın alıcıya çatdırılmasını (verilməsini) həyata keçirir.

     
  • Malın qiyməti, həmçinin sifariş qaydası, http://www.7gul.az internet-mağazasının müvafiq səhifələrində göstərilib.

     
  • Alıcı ödənişin həyata keçirilməsi zamanı kredit təşkilatları (ödəmə sistemləri/aqreqatları) tərəfindən tutulan komissiyaları (rüsumları) öz hesabına ödəyir.

     
  •  Malların keyfiyyəti lazımi səviyyədə olmazsa, malların qiymətini ödəmiş alıcı pul vəsaitlərinin qaytarılması barədə ərizə ilə http://www.7gul.az internet-mağazasının rəhbərliyinə müraciət etmək hüququnu əldə edir.

     
  • Pul vəsaitlərinin qaytarılması barədə ərizə əldə edilmiş malların və http://www.7gul.az internet-mağazasının rəhbərliyi tərəfindən ərizəyə hərtərəfli baxılması üçün zəruri olan sənədlərin əlavə edilməsi ilə yazılı şəkildə təqdim edilməlidir.

     
  • Alıcının pul vəsaitlərinin qaytarılması ilə bağlı tələblərinin qarşılanması yalnız http://www.7gul.az internet-mağazasının rəhbərliyi tərəfindən ərizəyə baxıldıqdan və onun əsaslı olmasının təsdiq edilməsindən sonra həyata keçirilir. Pul vəsaitlərinin qaytarılması və ya qaytarılmaması barədə qərar http://www.7gul.az internet-mağazasının rəhbərliyi tərəfindən birtərəfli qaydada qəbul edilir.

     
  • http://www.7gul.az saytının rəhbərliyi aşağıdakı hallarda pul vəsaitlərinin qaytarılmasından imtina edə bilər:

    a.alıcı alqı-satqı müqaviləsinin şərtlərini və ya Azərbaycan Respublikasının tətbiq edilən qanunvericiliyini pozduqda.
    b. ödəmə sistemləri nasaz olarsa, belə ki, http://www.7gul.az internet-mağazası alıcı tərəfindən ödənişin həyata keçirdiyi ödəmə sistemlərinin işləməsinə görə məsuliyyət daşımır. Belə olan halda pul vəsaitlərinin qaytarılması məsələsi fərdi şəkildə həll edilir.
    c. http://www.7gul.az internet-mağazasının rəhbərliyinin əsaslandırılmış qərarı ilə digər hallarda.

     
  •  Pul vəsaitlərinin qaytarılması http://www.7gul.az internet-mağazası tərəfindən alıcının razılığı ilə aşağıdakı üsullardan biri vasitəsilə həyata keçirilir:

    a. http://www.7gul.az internet-mağazasının yerləşdiyi ünvanda nağd şəkildə; yaxud
    b. alıcının göstərdiyi bank hesabına pul vəsaitlərinin köçürülməsi yolu ilə.

     
  • Pul vəsaitlərinin qaytarılması alıcı tərəfindən irəli sürülən tələblərin əsaslı olması şərti ilə alıcı tərəfindən müvafiq tələblərin irəli sürülməsi tarixindən 15 iş günü ərzində http://www.7gul.az internet-mağazası tərəfindən həyata keçirilir.